XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2019 - 09:44

Zelenskidən Tramp-Bayden qarşıdurmasına reaksiya:"Bizə əmr etmək olmaz"

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi  bəzi dövlətlərin tələblərini, o cümlədən sifarişli araşdırmalar aparmaq göstərişlərini yerinə yetirməyəcək.

UNİAN-nın məlumatına görə, dövlət başçısı qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları qanun pozuntularını araşdırmağa hazırdır, amma bu, xaricdən olunan xahişlərlə əlaqədar edilməyəcək.

“Bizə əmr etmək olmaz. Biz müstəqil ölkəyik”, – deyə Zelenski bildirib. Dövlət başçısı vurğulayıb ki, Ukrayna hakimiyyəti öz ölkəsinə xidmət etmək üçün hər şeyi edir.

Zelenski belə bəyanatla ABŞ-da demokratların guya Donald Trampın Ukrayna prezidentinə təzyiq göstərməsi ittihamları ilə bağlı yaranmış qalmaqal fonunda çıxış edib. Demokrat Partiyası iddia edir ki, guya Tramp Zelenskiyə 2020-ci ilin prezident seçkilərində onun əsas rəqibi, keçmiş vitse-prezident Co Baydenə qarşı araşdırmanı yeniləməyi xahiş edib/Report.