XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 11:47

“Jamanak” qəzeti:"Ermənistanın keçmiş baş nazirinin adı bir neçə cinayət işində hallanır"

Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın adı cinayət işində hallanır.

Bunu “Jamanak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan istefa verdikdən sonra “Qazprom Armeniya”nın keçmiş iki baş direktoru Karen Karapetyan və Vardan Arutyunyanın işləri birdən kəskin pisləşib: “Əldə etdiyimiz məlumata görə, onların adları bu yaxınlarda açıqlanacaq bir necə cinayət işində hallanır”.

Qeyd edək ki, Karen Karapetyan 1963-cü ildə Xankəndidə anadan olub. 2016-cı il aprelin 23-dən 2018-ci mayın 8-dək Ermənistanın baş naziri olub/Report.