XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 12:36

Peruda siyasi böhran:hərbçilər və polis prezidenti dəstəklədiklərini bəyan etdi

Peruda siyasi böhran fonunda hərbçilər və polis prezident Martin Viskarreni dəstəklədiklərini bildiriblər.

“RİA Novosti” xəbər verir ki, məlumatı dövlət başçısının administrasiyası açıqlayıb.

“Hərbi Dəniz Qüvvələri Birləşmiş Komandanlığı, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Milli Polis konstitusiyanı, Peru Silahlı Qüvvələrinin və Milli Polisin ali baş komandanı olaraq prezident Martin Viskarreni dəstəkləyirlər”, – deyə administrasiyanın “Twitter” səhifəsində vurğulanıb.

Qeyd edək ki, prezidenti parlamenti buraxıb. Buraxılmış parlament isə prezidentə etimadsızlıq göstərib. Buraxılmış parlamentdə vitse-prezident Mersedes Araos prezident səlahiyyətlərini müvəqqəti icra etmək üçün and içib.

Parlament seçkiləri 2020-ci il yanvarın 26-na təyin edilib/Report.