XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2019 - 14:24

Əfqanıstanda qərargaha hücum:11 polis öldürülüb

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Şortəpə qəzasında “Taliban” üzvlərinin yerli qərargaha hücumu nəticəsində azı 11 polisin həlak olduğu bildirilir.

AP xəbər verir ki, əyalət qubernatorunun sözçüsü Münir Əhməd Fərhad bir neçə saat davam edən atışma zamanı təhlükəsizlik qüvvələrinin qərargahı nəzarətdə saxlamağa müvəffəq olduqlarını, “Taliban” sözçüsü Zəbihullah Mücahid isə qərargahı dağıtdıqlarını açıqlayıb.

Qeyd edək ki, prezident seçkilərinin keçirildiyi şənbə günü ölkə boyu “Taliban” tərəfindən 68 hücum törədilib, nəticədə aralarında bir polisin olduğu azı 5 nəfər ölüb.

Rəsmilərin dediyinə görə, təhlükəsizliyə zəmanətin olmaması üzündən 431 səsvermə məntəqəsi bağlı qalıb/Report.