XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2019 - 15:33

İranda ABŞ-a casusluqda ittiham olunan şəxs barədə ölüm hökmü çıxarıldı –Açıqlama

İranda ABŞ-ın xeyrinə casusluqda ittiham olunan bir nəfər barəsində edam hökmü çıxarılıb.

Bunu İran məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, adı açıqlanmayan müttəhim ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xeyrinə hərbi və mülki qurumlarda casusluq fəaliyyəti ilə məşğul olub.

Sözçü deyib ki, bundan əlavə ABŞ-a casusluq etməkdə təqsirli bilinən Əli Nefriyə və Məhəmməd Babpurla yanaşı, Britaniyaya casusluqda itiham olunan Əmir Neseb adlı İran vətəndaşlarının hər biri 10 il müddətinə azadlıqdan məhrum olunublar: “Eyni zamanda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin casusluqda məhkum olunmuş Əli Nefriyə və Məhəmməd Babapurun hər birinə 55 min dollar məbləğində cərimə də kəsilib”.

Report