XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2019 - 16:07

Honkonqda toqquşmalar baş verib –Xəsarət alanlar var

Honkonqda polislə nümayişçilər arasında baş verən toqquşmalarda 15 nəfər xəsarət alıb.

“Report” yerli televiziyalara istinadən xəbər verir ki, yaralılar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Bununla yanaşı, polis partlayıcı maddələrin hazırlanmasına şübhələr olduğu bir neçə məkan aşkarlayıb.

Bu gün şəhərdə baş verən qarşıdurmalar zamanı polis tərəfindən soyuq silah, dəyənək və s. qanunsuz məqsədlərlə istifadə oluna biləcək əşyalar saxlamaqda şübhəli bilinən 51 nəfər saxlanılıb, xeyli sayda müxtəlif təhlükəli əşya və alət müsadirə olunub.

Xatırladaq ki, bu gün Çin Kommunist Partiyasının hakimiyyətə gəlməsinin 70-ci ildönümü ilə bağlı Çinin xüsusi statuslu ərazisi olan Honkonqda kütləvi etiraz nümayişləri keçirilir.