Gürcüstan parlamentinin oktyabrın 1-də keçirilən iclasında qarşıdurma yaşanıb.
Bu dəfə qarşıdurma müxalifət partiyalarının nümayəndələri arasında olub.
Müxalif Vətənpərvərlər Alyansı partiyasının üzvü Ada Marşania Avropalı Gürcüstan partiyasının liderlərindən biri olan Qiqa Bokerianı təhqir edib. A.Marşania hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının deputatlarına da səslənərək, onları satqın adlandırıb.
Q.Bokeria isə A.Marşania və Vətənpərvərlər Alyansını Vladimir Putinin adamları adlandırıb/Azərtac.