XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 21:02

Geoloqlar Palatası:"İzmirdə 7 bal gücündə zəlzələ ola bilər"

Türkiyənin İzmir vilayətində Rixter cədvəli ilə 7 bal gücündə zəlzələ ola bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Geoloqlar Palatasının baş geoloqu Alim Murathan deyib.

Onun sözlərinə görə, İzmir də İstanbul kimi seysmik fəal zonada yerləşir.

A.Murathan bildirib ki, İzmir sakinlərini zəlzələ baş verən zaman atılacaq addımlar barədə məlumatlandırmaq lazımdır.

Qeyd edək ki, bir müddət əvvəl İstanbulda 6 bala yaxın zəlzələ baş vermişdi.