XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2019 - 21:31

Bağdadda etirazçılarla polis arasında toqquşmalar olub –Xəsarət alanlar var

İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı azı 40 nəfər xəsarət alıb.

“Xinhua” xəbər verir ki, ölkənin Dаxili İşlər Nazirliyindəki mənbə zərərçəkənlər arasında polis əməkdaşlarının olduğunu bildirb.

Toqquşma zamanı polis tərəfindən onlara daş və boş şüşələr atan etirazçılara qarşı işıq-səs qumbaralarından, su şırnaqlarından və bibər qazından istifadə olunub, nümayişçilər toplaşdıqları meydandan çıxarılıb. Avtomobil təkərləri yandıran nümayişçilər isə bəzi küçələri bağlayıblar. Bununla bağlı dövlət qurumlarının yerləşdiyi Yazıl Bölgədə təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, bu gün paytaxtda elektrik və içməli su təchizatı kimi təməl xidmətlərin aşağı səviyyəsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz nümayişləri keçirilib. Bənzər kütləvi etiraz aksiyaları Bəsrə, Nəcəf və digər iri şəhərlərdə də təşkil olunub/Report.