Afinanın Kotzia meydanında pensiyaçıların etiraz aksiyası keçirilib.

Onlar əllərində tənqidi yazılarla Əmək Nazirliyinə doğru irəriləyiblər.

Etirazçılar bildiriblər ki, aksiya bundan sonra ölkə üzrə 10 gün ərzində davam edəcək.

Aksiya iştirakçıları nazirliyə 8 tələb irəli sürüblər. Bunların əsas hissəsi pensiyaların artırılması və yeni imtiyazların, o cümlədən vergidən azad olunması tələblərinin yerinə yetirilməsindən ibarətdir. Etirazçılar tələblərin yerinə yetirilməsinə kimi gözləməyə hazır olduqlarını bəyan ediblər/Azərtac.