XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 12:42

ABŞ-ın neft ehtiyatları kəskin azalıb –Proqnoz

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (21-27 sentyabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

API-nin proqnozlarına əsasən, ABŞ-ın neft ehtiyatları 5,92 barel azalaraq 417,94 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,6 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızılın” qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (apa)