XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 12:54

Boris Conson bu gün Brexit üzrə yeni planı təqdim edəcək

Böyük Britaniyanın Baş Naziri Boris Conson hakim Mühafizəkarlar partiyasının illik konfransı zamanı hökumətin Brexit üzrə yeni saziş planını açıqlayacaq.

Azərtac France-Presse agentliyinə istinadla xəbər verir ki, “Downing Street” Boris Consonun mühafizəkarlara yekun müraciəti zamanı “ədalətli və məntiqli kompromis” barədə ətraflı məlumat verəcəyi və elə həmin gün də öz planını Brüsselə təqdim edəcəyi barədə məlumat yayıb.

Baş Nazirin ofisindən bunun “yekun təklif” olduğunu və Brüsselin yeni saziş layihəsi ilə razılaşmayacağı təqdirdə Boris Consonun oktyabrın 31-dək ölkəsinin Avropa İttifaqını sazişsiz tərk etməsində israr edəcəyini bildiriblər.

“Aİ-nin oktyabrın 17 və 18-də keçiriləcək sammitdə Baş Nazir heç bir halda Brexit prosesinin təxirə salınması barədə müraciət etməyəcək”, – məlumatda belə deyilir.