XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 13:02

İranlı nazir:"Hazırda neft bazarı normallaşır"

Hazırda neft bazarında normallaşma müşahidə olunur.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İranın Neft naziri Bijən Namidar Zəncənə Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) yığıncağı çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

“Hazırda neft bazarı normallaşır. Səudiyyə Ərəbistanının neft hasilatının əvvəlcədən də dediyim kimi yarıya enəcəyinə heç vaxt inanmadım. Düşünürəm ki, Səudiyyə Ərəbistanı siyasi məqsədlərlə qlobal enerji təhlükəsizliyinin risk altında olduğunu iddia edərək məsələni şişirdir”, – deyə nazir bildirib.

O, səudiyyəli həmkarı ilə görüşüb-görüşməyəcəyi ilə bağlı suala belə cavab verib: “İkitərəfli görüşlərdə biz problem yaratmırıq. Həmişə Səudiyyə Ərəbistanı tərəfi problem çıxarır”.