XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2019 - 21:24

Gürcüstan hökuməti gələn il keçiriləcək parlament seçkilərinə 41 milyon lari ayıracaq

Gürcüstan hökuməti 2020-ci ildə keçiriləcək parlament seçkilərinə 41 milyon 953 min lari (təqribən 14 milyon ABŞ dolları) vəsait ayıracaq.

Azərtac xəbər verir ki, bu məbləğ Gürcüstanın 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulub. Ümumiyyətlə, gələn ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyası üçün 72 milyon 569 lari vəsait nəzərdə tutulub. Bu vəsaitin 29 milyon larisi MSK əməkdaşlarının əmək haqlarının ödənilməsinə yönəldiləcək.

Büdcə layihəsi Gürcüstan parlamentinin müzakirəsinə təqdim olunub.

Baş Nazir Giorgi Qaxaria MSK-ya ayrılan vəsaitin artırılması ilə bağlı açıqlamasında deyib: “Bu vəsait səslərin alınmasına deyil, seçkilərin demokratik, şəffaf və azad şəkildə keçirilməsi üçün xərclənəcək”.