XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 09:51

Tramp:"ABŞ Ukraynaya pul xərcləyən yeganə dövlətdir"

ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın bərpa olunmasının səbəbini açıqlayıb.

TASS xəbər verir ki, Tramp konqresmen Rob Portmanın xahişindən sonra bu addımı atdığını bildirib.

ABŞ lideri, həmçinin Avropaya Kiyevə yardımın artırılması ilə bağlı çağırış da edib. Onun fikrincə, ABŞ Ukraynaya pul xərcləyən yeganə dövlətdir.

O, Prezident Vladimir Zelenskinin Ukrayna prezidenti olmamışdan öncə ölkənin “dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri” hesab edildiyini, buna görə Ukraynaya vəsait ayırmaq istəmədiyini qeyd edib.

D. Tramp Ukraynanı Rusiya ilə Avropa arasındakı “gözəl bir divar” adlandırıb.

Qeyd edək ki, ABŞ Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım ayırıb/Report.