XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 20:26

BMT Suriya müxalifətini təhdid etdi:[color=red] “Müzakirələr dayandırıla bilər”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura suriyalı müxalifləri xeyli məyus edib.

Strateq.az xəbər verir ki, xüsusi nümayəndə müxaliflərə BMT çətiri altında davam etdirməyəcəkləri təqdirdə, danışıqları dayandırmaqla hədə-qorxu gəlib.

Xəbəri mətbuata Suriya müxalifətini təmsil edən Müzakirə Ali Komitəsinin (MAK ) nümayəndələri veriblər. Onların bildirdiyinə görə, de Mistura bu gün MAK heyətinin qaldığı otelə gəlib və onlarla ultimativ tonda danışıb:

BMT-nin şərtlərini qəbul etməsələr, başladılan prosesin mənasız olacağını və sabah danışıqların bitdiyini açıqlayacağını söyləyib.

Qeyd edək ki, təxminən 6 ay davam etməsi planlaşdırılan bu danışıqlarda əvvəlcə ölkə daxilində atəşkəsin təmin olunması, İŞİD təhdidinin yox edilməsi və hümanitar yardımların ünvanına çatdırılması hədəflənir.

Danışıqların gündəliyini ötən ilin 14 noyabrında keçirilən Vyana görüşündə müəyyənləşdirilən və həmin ilin 18 dekabrında BMT Təhlükəsizlik Şurasının Suriyaya dair 2254 nömrəli qətnaməsində qəbul olunan yol xəritəsinin necə həyata keçirilməsini aydınlaşdırmaq təşkil edir.

Qəbul edilən yol xəritəsinə görə, ilk 6 ay ərzində, yəni 2016-cı ilin iyununa qədər tərəflər müzakirələrini bitirib  keçid hökuməti qurmalı, bu əsnada isə atəşkəs təmin olunmalıdır. Bunun ardınca isə növbəti 12 ay ərzində yeni Konstitusiyanın hazırlanması və ədalətli bir seçki keçirilməsi proqnozlaşdırılır.