Cenevrədən bir-birinin ardınca ziddiyyətli məlumatlar gəlir.
Strateq.az xəbər verir ki, suriyalı müxaliflərin meydana gətirdiyi Müzakirə Ali Komitəsi (MAK) sözçülərindən Salim əl-Muslet bir müddət əvvəl təmsil olunduğu qurumun adından yayılan məlumatı təkzib edən açıqlamayla gündəmə gəlib. O, BMT Suriya xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşlərindən müsbət mesajlar aldıqlarını və sabah təkrar görüşəcəklərini açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl isə MAK üzvləri mətbuata verdikləri məlumatda Staffan de Mistura tərəfindən “sözə baxmayacaqları” təqdirdə, danışıqların dayandırılmasıyla təhdid olunduqlarını bildirmişdilər.