“ABŞ dialoq istəyən Şimali Koreya rəhbərliyi ilə danışıqlar aparacaq.
Bu barədə ABŞ prezidenti Donald Tramp Floridaya yola düşməzdən əvvəl Ağ Evin qarşısında jurnalistlərlə görüşü zamanı bildirib.
“Baxarıq. Onlar söhbət etmək istəyir, biz də onlarla danışacağıq. Görək nə olacaq”, – deyə D.Tramp bu həftənin axırında İsveçdə Şimali Koreya rəsmilərilə keçirilməsi gözlənilən məsləhətləşmələrlə bağlı suala cavab verərkən qeyd edib/Report.