XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 13:11

ABŞ-ın Enerji naziri istefa verəcək –KİV

ABŞ-ın Enerji naziri Rik Perri noyabr ayının sonunadək istefa verəcək.

Bu barədə “Politico” saytı xəbər yayıb.

R. Perrinin istefasından sonra bu posta Enerji nazirinin müavini Dan Bruillettenin gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, R. Perri 2017-ci ilədək Texasın qubernatoru olub və daha sonra o, Prezident Donald Trampın administrasiyasına qoşulub. O, administrasiyada adı mübahisəli məsələlərdə hallanmayan nazirlərdən olsa da, son zamanlar Ukraynaya etdiyi səfərlər R. Perrinin adını Konqresdə Trampa qarşı başladılan impiçment müzakirələrinin gündəminə gətirib. Lakin bildirilib ki, R. Perri bu qərarı bir neçə ay öncədən verib və bunun Ukrayna məsələsi ilə heç bir əlaqəsi yoxdur. (apa)