XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 14:31

Nazir:“Gürcüstan NATO-nun etibarlı tərəfdaşıdır”

“Gürcüstan NATO-nun etibarlı tərəfdaşıdır və biz Avroatlantik təhlükəsizliyin möhkəmləndirilməsində iştirak edirik”.

Bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Qara dəniz regionunda təhlükəsizliyə cavabdehlik daşıyır: “Bizim gəmilər ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi prosesinə maksimum cəlb olunublar”.

Nazir qeyd edib ki, Şimali Atlantika Şurası rəsmilərinin Batumiyə səfəri olduqca önəmlidir: “Bu Gürcüstana olan dəstəyin aydın göstəricisidir”.

Qeyd edək ki, bu gün V.Qomelauri NATO baş katibinin müavini Rouz Qotemöller və müdafiə naziri İrakli Qaribaşvili ilə birgə Batumidə Gürcüstanın sahil mühafizəsi gəmilərinə baxış keçiriblər.  (report)