“Bu gün Gürcüstan NATO-ya üzv olmağa çox yaxındır”.
Bunu ölkə parlamentinin sədri Arçil Talakvadze NATO baş katibinin müavini Rouz Qotemöllerlə görüşdə bildirib.
O deyib ki, Şimali Atlantika Şurasının toplantısının Batumidə keçirilməsi Gürcüstanın nailiyyətlərinə layiqli qiymətdir.
Spikerin sözlərinə görə, Gürcüstan NATO-ya üzvlükdə irəliləyişə alyans və onun tərəfdaşları ilə birlikdə nail olub.
A.Takavadze Gürcüstanın məsuliyyətli və praqmatik xarici siyasət apardığını qeyd edib. (report)