XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 16:54

Böyük Britaniya XİN:"Honkonqdakı vəziyyətin yeganə həlli yolu siyasi dialoqdur"

“Honkonqdakı vəziyyətin yeganə həlli yolu siyasi dialoqdur”.

Böyük Britaniya hökumətinin saytının verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab oktyabrın 5-dən etibarən Honkonqda qüvvəyə minəcək fövqəladə qanunvericiliklə tənzimləmələrin tətbiqinə münasibət bildirərkən deyib.

“Hökumətlər öz xalqlarının təhlükəsizliyini və əminiyyətini təmin edərkən vəziyyəti ağırlaşdırmaqdan çəkinməli və gərginliyi azaltmalıdırlar”,- deyə Böyük Britaniyanın Xarici İşlər naziri bildirib.

Qeyd edək ki, Honkonq höküməti etirazları dayandırmaq üçün maska əleyhinə qanunun qəbulu ilə bağlı Fövqəladə Qaydalar tətbiq edib.

Qanun etirazçıların aksiya zamanı üzlərini tam və ya qismən örtməsini qadağan edir. Qanuni yürüşlərdə və mitinqlərdə, qanunsuz və ya icazəsiz yığıncaqlarda, iğtişaşlar zamanı maska taxan hər kəs bir il azadlıqdan məhrum edilə və 25.000 Honkonq dolları cərimələnə bilər.

Bundan əlavə, qanuna əsasən polisin maskanın çıxarılması ilə bağlı əmrinə tabe olmayan şəxslər altı ay həbs cəzasına məhkum ediləcək və 10000 Honkonq dolları cərimələnəcək. “Üz örtüyü” ifadəsinə yalnız maskalar deyil, boya maddələri də daxildir. (apa)