XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 18:22

ABŞ Monteneqro ilə hərbi saziş imzalayacaq- Pompeodan açıqlama

Birləşmiş Ştatlar və Monteneqro ikitərəfli böyük silah sazişini yekunlaşdırırlar.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo oktyabrın 4-də Monteneqroya qısa səfəri zamanı deyib.

“Bu razılaşma yekunlaşan kimi ABŞ NATO müttəfiqimizə 36 milyon dollarlıq yüngül taktiki maşın satmağı planlaşdırır”, – Pompeo söyləyib.

Dövlət katibi bu ölkəylə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayıb, kəşfiyyat məlumatlarının paylaşılmasını alqışlayıb. Deyib ki, bunun sayəsində “Rusiyanın virusuna qarşı hazırda dünyada milyonlarla cihazı qoruyan proqram əlavəsini” hazırlayıblar.

O, Birləşmiş Ştatların bir dost və müttəfiq kimi Monteneqro xalqının yanında olacağını bir daha vurğulayıb. (azadliq.org)