XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 18:42

Putin ad gününü necə keçirəcək?- Peskovdan açıqlama

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də öz ad gününü təbiət qoynunda doğma və yaxınlarının əhatəsində keçirəcək.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dimitri Peskov bildirib.

Bu il Vladimir Putinin 67 yaşı tamam olacaq. O, çox zaman həmin gün dövlət tədbirlərində iştirak edir. 2017-ci ildə RF prezidenti Soçi şəhərində Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirmişdi.

2016-cı il oktyabrın 7-də Putin heç bir tədbirdə iştirak etməmiş, bundan öncəki il Gecə Xokkey Liqasında buz üzərinə çıxmış, 2014-cü ildə isə istirahət götürərək ad gününü sivilizasiyadan uzaqda – Sibir tayqasında qeyd etmişdi.