İranın Rusiyadakı səfiri rusiyalı jurnalistin Tehranda saxlanması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.
Nazirliyin sözçüsü Mariya Zaxarova oktyabrın 4-də özünün Facebook səhifəsində yazıb ki, Rusiya XİN-də səfirdən “baş vermis insident barədə tez bir zamanda izahat verilməsi” istənib.
Zaxarovaın sözlərinə görə Moskva İran tərəfindən jurnalist Yuliya Yuzikin hüquqlarının təmin olunmasını və onun konsulluq xidməti ilə təmasına imkan yaradılmasını rica edib. (azadliq.org)