XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2015 - 09:40

Obama Ukraynaya silah vermək məsələsində hələlik qərara gələ bilmir

Mixail Saakaşvili: “Uklraynaya dəstək və ona silah verilməsi Amerikanın təhlükəsizliyinin təminatı üçün lazımdır”

Картинки по запросу obama

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Konqresə bildirib ki, prezident Obama Ukraynaya silah verib-verməməyin gərəkliyi barədə hələlik qərar qəbul etməyib.

O, Obamanın bu məsələ barədə Amerikanın bir sıra idarələrindən tövsiyə aldığını bildirərək əlavə edib: “Məsələ hələ həll olunmayıb”.

Nulad qeyd edib: “Biz Minsk razılaşmasının necə yerinə yetirildiyini izləyirik. Son günlər Ukraynada baş verən atışmalarla bağlı narahatlığımız var”.

Yada salaq ki, prezident Obama əvvəllər münaqişənin nizamlanması üzrə diplomatik səylər uğursuz olarsa, onda böhranın həlli üçün Ukraynaya müdafiə silahları verilməsi də daxil olmaqla bütün variantları nəzərdən keçirəcəyini bəyan etmişdi.

Seqodnya.ru yazır ki, Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna prezidentinin ABŞ-da səfərdə olan müşaviri Mixail Saakaşvili ABŞ Senatında Ukraynaya silah vermək barədə Vaşinqtonun qərarının təxirəsalınmaz olmasından danışıb: “Ukraynaya dəstək və ona silah verilməsi Amerikanın təhlükəsizliyinin təminatı üçün lazımdır. Ukraynanın müdafiəsini möhkəmləndirmək üçün letal silah, xüsusən də tank əleyhinə qurğular lazımdır ki, rusların sonrakı irəliləyişinin qabağı alınsın”.