XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

05 Oktyabr 2019 - 00:15

İtaliyada polis bölməsi qarşısında atışma olub –Ölənlər və yaralananlar var

İtaliyanın Triest şəhərində baş vermiş atışmada iki polis əməkdaşı həlak olub.

Bu barədə ANSA agentliyi xəbər verir.

Qeyd edilir ki, atışma polis bölməsinin binası qarşısında baş verib. Hadisə zamanı daha üç polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Ehtimal edilir ki, həmin şəxs hücum edən silahlıdır.

Hazırda polis atışmanın baş verdiyi ərazini əhatəyə alıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin informasiyaya görə, iki nəfər polis bölməsinin binasına daxil olaraq içəridəkilərə atəş açıb.

Qeyd edilir ki, asayiş keşikçiləri silahlılara cavab atəşi açıblar və cinayətkarları təqib etməyə başlayıblar. Lakin hücum edənlərdən biri gizlənməyə nail olub. (Report)