XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2019 - 22:12

Bağdadda etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb

Şənbə günü Bağdaddakı nümayişçilər, hakimiyyət komendant saatı qaldırdıqdan sonra aksiya keçirmək üçün Təhrir meydanına yenidən gəliblər.

Trend-in məlumatına görə, polis güvvələri Iraqın neft nazirliyinin binası yaxınlığında yolları bağlayıblar.

Qeyd edək ki, toqquşma zamanı ən azı beş nəfər ölüb.

Fələstin küçəsindəki Nahil ticarət mərkəzinin yaxınlığında ən az 500 aktivist mitinq keçirib. Polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.