XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

06 Oktyabr 2019 - 00:23

Dunay çayında yük gəmisi kruiz laynerlə toqquşub

Rumıniyanın Odessa bölgəsindəki Tulça və İzmail şəhərləri arasında, Dunay çayında kruiz gəmisi ilə yük gəmisi toqquşub. Nəticədə kruiz gəmisinin iki sərnişini xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “Taymer” nəşri məlumat yayıb.

Məlumata görə, Panama bayrağı altında üzən “Blue Star I” yük gəmisi Dunayın 43-cü dəniz mili bölgəsində Malta bayrağı altında üzən “Prinzessin Isabella” kruiz layneri ilə toqquşub və onun gövdəsini, bir neçə kayutlarını zədələyib.

Tulça şəhər təcili tibbi yardım xidməti laynerdən iki nəfəri xəstəxanaya çatdırıb, gəmi özü 165 sərnişinlə səfərini davam etdirib. Yük gəmisi isə qəzadan sonra yerində qalıb.