XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2019 - 09:00

Şimali Koreya ABŞ-la danışıqları bu ilin sonunadək dayandırır –Səbəb

KXDR-in Xarici İşlər Nazirliyinin xüsusi səfiri Kim Myon Gil ABŞ nümayəndələri ilə danışıqların nəticəsiz qaldığını elan edib.

Bu barədə “Renhap” agentliyi məlumat yayıb.

O bildirib ki, ABŞ hakimiyyəti ölkələr arasında danışıqların gələcəyi üçün məsuliyyət daşıyır. ABŞ tərəfdən isə Vaşinqtonun KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen danışıqlarda iştirak edib.

Bildirilir ki, danışıqlar Stokholmda aparılıb. KXDR və ABŞ nümayəndələrinin görüşünün məqsədi ABŞ-ın 2018-ci ilin iyununda Sinqapurda keçirilmiş ilk zirvə görüşü çərçivəsində əldə edilmiş razılaşmanın həyata keçirilməsi üzrə danışıqları davam etdirmək olub.

“ABŞ-ın danışıqlar masasına heç bir şey qoymaması bizi məyus etdi”, – Gil belə deyib.

Şimali Koreya nümayəndəliyinin rəhbəri onu da əlavə edib ki, ölkələr arasındakı gələcək danışıqlar 2019-cu ilin sonuna qədər dayandırılır və o, ABŞ tərəfinə öz mövqeyini götür-qoy etməyi məsləhət görüb. /APA