XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2019 - 09:40

Pompeo Afinada:Yunanıstanın ABŞ-dan silah alması məsələsi müzakirə edilib

Afinada rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo Yunanıstan hakimiyyəti ilə müdafiə sahəsində imzalanmış yeni əməkdaşlıq müqaviləsi çərçivəsində Amerika hərbi texnikalarının alınması ehtimalını müzakirə etdiyini bildirib.

Diplomat həmin danışıqlar barədə Yunanıstanın dövlət telekanalına müsahibəsində deyib.

“Yunanıstanda mövcud olan müxtəlif aparat və proqram təminatlarının müasirləşdirilməsinin mümkünlüyü barədə danışdıq. Biz Amerikanın Yunanıstana hərbi texnika satması ehtimalını və Afinanın həmin texnikanı başqa bir demokratik dövlətdən əldə edə biləcəyi ehtimalını müzakirə etdik. Bu baxımdan çox şey mümkün ola bilər”, – deyə Pompeo qeyd edib. /APA