XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2019 - 11:10

Rusiya Dövlət Dumasının sədri:"ABŞ-da rusiyalı deputatın dindirilməsi təxribatdır"

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı deputat İnqa Yumaşevanı dindirməsini təxribat və beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.

V. Volodin deyib ki, İ. Yumaşeva Dövlət Dumasında ABŞ Konqresi ilə əlaqələr üzrə qrupun koordinatorudur,  ABŞ-da beynəlxalq foruma dəvət edilib.

Deputatın ABŞ səfirliyindən viza aldığını xatırladan V. Volodin qeyd edib ki, ABŞ-da Rusiya ilə ikitərəfli münasibətləri kəskinləşdirmək istəyən qüvvələr var.

Qeyd edək ki, Fort-Ross Dialoq Forumunda iştirak etmək üçün ABŞ-a səfər edən İ. Yumaşeva Nyu-York aeroportunda saxlanıb və 1 saata qədər Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən dindirilib. /APA