Tunisdə parlament seçkilərində səsvermə başa çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, səsvermələr yerli vaxtla saat 08:00-da başlayıb və saat 18:00-da yekunlaşıb.
Bir sıra ərazilərdə səsvermə məntəqələrinin işi təhlükəsizlik qaydalarına görə azaldılıb. Səsvermələr 33 dairədə keçirilib.
Xalq Nümayəndələri Məclisində 217 deputat mandatına 15,3 mindən çox namizəd irəli sürülüb.