XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 09:00

Türkiyə Suriya ilə sərhədə əlavə qoşun və hərbi texnika toplayır

Türkiyə Suriya ilə sərhədindəki Akçakale bölgəsinə əlavə qoşun və hərbi texnika toplayır. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün türk qoşunlarının Fərat çayının şərqində hərbi əməliyyata başlamağa hazır olduğunu deyib.

Məqsəd Suriya sərhədini kürd “özünümüdafiə qüvvələri”ndən təmizləmək və orada “təhlükəsizlik zonası” yaratmaq istəyidir.

Qeyd edək ki, Türkiyə ABŞ-la Suriya ilə sərhəddində “təhlükəsizlik zonası” yaratmağı planlaşdırır. Bu məqsədlə avqustun 7-də Ankara ilə Vaşinqton arasında saziş imzalanıb. (amerikaninsesi.org)