XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 09:11

Taliban ABŞ qoşunlarına hücumu davam etdirəcəyini bildirib –Sülh əldə olunana qədər

Taliban sülh müqaviləsi bağlanana qədər Əfqanıstandakı ABŞ qoşunlarına hücumu davam etdirəcəyi barədə açıqlama yayıb.

Açıqlamada deyilir: “ABŞ ilə razılığa gəlməyənə qədər ABŞ əsgərlərinə hücumları davam etdirəcəyik. Kabil rəhbərliyi ilə danışmaq istəmirik, əvvəllər də belə danışıqları rədd etmişik”.

Qeyd edək ki, ABŞ və Taliban arasındakı sülh danışıqları baş tutacağı halda ABŞ qüvvələri Əfqanıstandan çıxarılacağı bildirilmişdi. Əfqan hökuməti Talibanı dəstəkləməsə də, ölkədə sülhün bərqərar olması üçün onlarla yeni danışıqlar aparılmasına razılıq vermişdi. Lakin bunu qəbul etməyən Taliban Kabildəki administrasiyanı ABŞ-ın oyuncağı kimi qəbul edərək, danışıqları rədd edir. (Sputnik)