XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 11:52

İranlı tələbə Amerikaya ekstradisiya edilməyəcək –Avstraliya

Avstraliya iranlı tələbəni Amerikaya ekstradisiya etməyəcək.

Bunu Avstraliyanın baş prokuroru bildirib. Bəyanat ABŞ-da istehsal edilən hərbi sursatın İrana ixracında ittiham edilən araşdrmaçı iranlı tələbənin 13 aylıq həbsdən azad ediləcəyi xəbərindən sonra verilib.

Kristian Porter qeyd edib ki, bu konkret işlə bağlı Reza Dehbaşı Kivi ekstradisiya edilməyəcək.

Bu arada İranda həbsdə olan iki avstaliyalı bloger Mark Firkin və Coli Kinq azad olunub. Bu barədə Avstraliyanın xarici işlər naziri Marise Peyn açıqlama verib.

O, blogerlərin Tehranla aparılan “çox həssas danışıqlar”dan sonra azad olunduğunu deyib.

Bu ilin uyulunda həbs olunan blogerləri İran cəsusluqda ittiham edirdi.

Nazir bir il əvvəl həbs olunan üçüncü Avstraliya vətəndaşının, Melbrun universitetinin akademiki Keyli Mur-Gilbertin isə hələ də həbsdə qaldığını bildirib.

Bu ilin sentyabrında yarımrəsmi “Fars” informasiya agentliyi məhkəmə orqanlarına istinadla Keyli Mur-Gilbertin də casusluq ittihamı ilə həbs olunması barədə məlumat yayıb.

Peyn Gilbertin işinin çətin olduğunu vurğulayıb. (amerikaninsesi.org)