XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 12:14

Ağ Ev:Türkiyə Suriyada əməliyyatı davam etdirərsə...

Ağ Ev bildirir ki, Türkiyə Suriyanın şimalını tutmaq planını həyata keçirərsə, bu ərazidə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərin taleyi qeyri-müəyyən qalar.

Bəyanat oktyabrın 6-da verilib. Həmin gün Türkiyə və ABŞ liderləri telefonla danışıblar.

Ağ Ev bildirir ki, Suriyanın şimalındakı əməliyyata qatılmayacaq və ABŞ qüvvələri “həmin ərazidən çıxarılacaq”.

Türkiyənin son iki ildə ələ keçirilmiş İŞİD döyüşçüləri üçün məsuliyyət daşımalı olduğunu vurğulayan Ağ Ev bildirir ki, həmin döyüşçülərin gəldiyi “Fransa, Almaniya və Avropanın digər ölkələri” onları “istəməyib və geri qəbul etməyib”. (azadliq.org)