XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 13:46

Ərdoğan:"ABŞ hərbçiləri Suriya-Türkiyə sərhədindən çıxır"

“ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına oktyabrın 6-da başlanılıb”.

Türkiyənin NTV telekanalı xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçiriləcək anti-terror əməliyyatı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, xatırladıb ki, oktyabrın 6-da D.Trampla telefonla danışıb: “Axşamkı telefon danışığımızdan sonra geri çəkilmə başlamışdı. Bu təzə bir hadisə deyil, əksinə gecikmiş bir işdir. Cənab Donald Tramp bölgədən çıxmaqla bağlı əmr vermişdi. Ancaq bunun icrasını gecikdirirdilər. Qəbul etdiymiz bir qərar var. Qətiyyətimiz davam edir. Lazım olan təlimatı vermişik”. (Report)