XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2019 - 16:36

BMT Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyata dair çağırış edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyə ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar zamanı mülki əhalinin qorunması ilə bağlı çağırış edib.

“Reuters”in verdiyi xəbərə görə, BMT-nin yardım üzrə koordinatoru Panos Moumtzis jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin hərbi əməliyyatlara başlayacağı təqdirdə, mülki əhalinin köçürülməsinin qarşısı alınmalıdır.

O qeyd edib ki, Suriyanın şimalında köç başlaması ehtimalına qarşı fövqəladə vəziyyətlə bağlı plan tərtib edilib.

Xatırladaq ki, Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib.

Bundan sonra ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb. (APA)