XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 20:16

Türkiyədə antiterror əməliyyatı –14 şübhəli şəxs saxlanılıb

Türkiyənin Hakkari vilayətinin Yüksekova və Çukurca rayonlarında planlaşdırılan terror əməliyyatlarının qarşısının alınması məqsədilə keçirilən əməliyyatlar nəticəsində 14 şübhəli şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Hakkari Valiliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, əməliyyatlar nəticəsində təşkilata aid tapança, ov tüfəngi, müxtəlif çaplı 277 patron, terrorun təbliği üçün hazırlanmış çoxlu sayda broşür və qadağan olunmuş kitablar ələ keçirilib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən PKK və digər terror təşkilatlarının fəaliyyətlərinin üzə çıxarılması istiqamətində təhqiqat aparılır.