XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 21:04

Amerikalıların dəyərləri dəyişir –Sorğu

Amerikalılarn çoxunun vətənpərvərlik, din və övlad sahibi olmaq barədə dəyərləri son 20 ildə dəyişib və belə görünür ki, gənc amerikalılar üçün bunlar o qədər də əhəmiyyət kəsb etmir.

Son rəy sorğularının nəticələri göstərir ki, vətənpərvərlik 55 yaşdan yuxarı insanların təxminən 79 faizi ilə müqayisədə Millenium və Z nəslinin yalnız 42 faizi (18-38 yaşlar) üçün dəyərlidir.

Zəhmətkeşlik bütün amerikalıların ən çox dəyər verdiyi atribudur. Belə ki, respondentlərin 89 faizi bunun çox vacib keyfiyyət olduğunu deyir.

Digərləri üçün vacib olan tolerantlıq, maliyyə sabitliyi və özünü təmin etmək də siyahıda birinci yerdədir.

Ümumiyyətlə, 1998-ci illə (62 faiz) müqayisədə hazırda 42 faiz insan dinin onlar üçün vacib olduğunu deyir. Yaşlı amerikalıların 67 faizi dinə və ya Allaha inamın çox vacib olduğunu desə də, gənc nəslin yalnız 30 faizi belə düşünür.

Valideyn olmağa gəldikdə isə 43 faiz bunun vacib olduğunu deyir. Baxmayaraq ki, 20 il əvvəl insanların 59 faizi valideyn olmağın çox vacib olduğunu hesab edirdi.

İnsanların 40 faizi fərqli mədəniyyətlər və irqlərə dözümlülüyün artırılmalı olduğunu düşünsə də, 14 faizi bunu geriyə addım kimi görür.

Din və vətənpərvərlik kimi mövzular ənənəvi olaraq siyasi baxımdan vacib olub. Buna baxmayaraq yetişməkdə olan və fərqli fikirləşən nəsl bu mövzuların qarşıdan gələn illərdə ön plana çıxmayacağını düşünür və bu o deməkdir ki, siyasətçilər platformalarını və strategiyalarını buna uyğun tənzimləməli olacaqlar. (amerikaninsesi.org)