XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2019 - 21:17

Kreml rusiyalı deputatın Nyu-Yorkda dindirilməsinə etiraz bildirib- Peskovdan açıqlama

Kreml Nyu-York hava limanında rusiyalı millət vəkilinin Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən dindirilməsini kəskin tənqid edib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov oktyabrın 7-də müxbirlərə deyib ki, Moskva bir gün əvvəl baş vermiş insidentə görə “dərin narahatlıq” keçirir.

Millət vəkili İnqa Yumaşeva oktyabrın 6-da Nyu-York hava limanına gəldikdən sonra bir saatadək FTB xəfiyyələri tərəfindən sorğu-sual edilib.

Peskov deyib ki, bu, son dərəcə narahatedici informasiyadır:

“Heç şübhəsiz biz bundan ciddi şəkildə narahatıq. Biz inanırıq ki, Rusiya deputatına qarşı belə hərəkətlər qeyri-məqbuldur”.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu sorğu-sualı “həyasız təxribat” adlandırıb və məlumat verib ki, Yumasheva Rusiyaya oktyabrın 8-də qayıtmalıdır.

Rusiya rəsmilərinin məlumatına görə ABŞ Konqresi ilə Rusiya parlamentinin aşağı palatası arasında əlaqələrə görə cavabdeh olan İnqa Yumaşevanın vizası var və o ABŞ-a Fort Ross Dialogue forumunda iştirak etmək üçün gedib.

Rusiyanın ABŞ-dakı səfiri bildirib ki, hava limanında Yumasheva ayrıca otağa aparılıb və orada özünü təqdim etmiş FTB agenti tərəfindıən bir saatadək dindirilib.

Rusiya və ABŞ arasında münasibətlər Moskvanın Ukrayndakı təcavüzü və ABŞ seçkisinə iddia edilən müdaxilə ilə bağlı son dərəcə gərgindir.

Ötən ay Moskva Birləşmiş Ştatları BMT Baş Assambleyasına gedən bəzi Rusiya millət vəkillərinə viza verilməməsinə görə tənqid etmişdi. (azadliq.org)