Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqına çağırış edib.
O, Aİ-ni son Brexit müqaviləsini ətraflı şəkildə müzakirə edib nəticə əldə etməyə çağırıb.
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının həftənin sonunda yeni bir razılaşmanın mümkün olub-olmadığına qərar verəcəyini bildirib. Conson bazar ertəsi günü Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə telefon danışıqları aparacaq(azərtac).