XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 23:16

ABŞ Suriyadan qismən çəkiləcək –Pentaqon rəsmisi

“ABŞ prezidenti Donald Trampın Suriya mövzusunda verdiyi qərardan rəsmi Pentaqon öncədən xəbərdar olub”.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi müxbirin sualını cavablandırarkən deyib ki, mövzu ilə əlaqədar ABŞ-ın müdafiə, xarici işlər nazirləri, baş qərargah rəisi, Ağ Evin milli təhlükəsizlik müşaviri həftəsonu toplantı keçiriblər.

Pentaqon rəsmisi ABŞ qoşunlarının Suriyanın şimalından bütövlükdə deyil, yalnız Tel-Əbyad və Ras əl-Ayn yaşayış massivlərində yerləşən iki müşahidə məntəqəsindən təxliyyə oldunduğunu bildirib.

Hava sahəsindən ABŞ-ın geri çəkilib-çəkilməyəcəyilə bağlı verilən suala Pentaqon rəsmisi bu barədə məlumatsız olduğunu deyib və Türkiyə qoşunlarının bölgədəki hərbi fəaliyyətlərinə nə mane olacaqlarını, nə də dəstək verəcəklərini bildirib. ABŞ rəsmisi onu da bildirib ki, müdafiə naziri Mark Esper məsələ ilə əlaqədar ABŞ Konqresini və bu mövzudan təsirlənən müttəfiqlərini məlumatlandıracaq.