XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2019 - 14:33

Ermənistan prezidenti Rusiya vətəndaşını özünə müşavir təyin edib –Putinlə əlaqələri gücləndirmək üçün

Ermənistan prezidenti Armen Sarkisyan Rusiya vətəndaşı Georgi Asatryanı özünə müşavir təyin edib.

Məlumatı “Kommersant” qəzeti yayıb.

Bildirilib ki, o, Ermənistan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri olacaq.

“O, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında əlaqələrin güclənməsi, eləcə də dövlət başçılarının administrasiyaları arasında təmasların fəallaşması ilə məşğul olacaq”, – deyə qəzet yazıb.

Məlumata görə, Asatryan Sarkisyanın ştatdankənar müşaviri vəzifəsini icra edəcək və ictimai əsaslarla işləyəcək. Armen Sarkisyan oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Yerevana səfərindən sonra onu özünə müşavir təyin edib. Georgi Asatryan tarix elmləri namizədi, ABŞ-ın Yaxın Şərqdə antiterror fəaliyyəti və Əfqanıstan məsələləri üzrə mütəxəssisdir/Report.