XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 20:07

Rusiya Suriyada şərtini qoydu, ABŞ razılaşdı – [color=red]Diplomatdan şok açıqlama

Türkiyənin “Cumhuriyyət” qəzetinə müsahibəsində keçmiş səfir Uluç Özülker Suriya böhranı və “Cenevrə-3” konfransı ilə bağlı maraqlı açıqlamalar verib.

Səfir III Dünya Müharibəsinin artıq başlandığını bildirib.

Keçmiş səfirin iddiasına görə, ABŞ və Rusiya Suriya və İraq mövzusunda razılaşıblar. O, qeyb edib ki, ABŞ əslində Rusiyanın Suriyaya gəlişindən çox məmnundur:

“Amerika təkbaşına yalnız havadan vurmaqla nəticə qazana bilməyəcəyini bilirdi. Eyni zamanda koalisiyanın da təkbaşına çox şey edə bilməyəcəyinin fərqində idi.

Nəhayət, Rusiya Suriyada yerləşdi və cənub qonşumuz oldu. Rusiya “Əsədli və ya Əsədsiz, fərqi yoxdur, Aralıq dənizinə çıxışı olan bir torpaq parçası mənim himayəmdə olacaq" dedi, Amerika da bunu qəbul etdi. Amerika və Rusiya arasında razılaşma var. İraq da, Suriya da parçalanır. Yeni bir coğrafiya ortaya çıxır. Bu coğrafiyanın içində Türkiyənin cənub-şərqinin olub-olmadığını düşünmək lazımdır”.

Publika.az