Türkiyənin Hakkari vilayətində həyata keçirilən antiterror əməliyyatları nəticəsində 4 terrorçu zərərsizləşdirilib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda Hakkari Jandarm Komandirliyi tərəfindən keçirilən aviasiya dəstəkli əməliyyat nəticəsində dörd terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Əməliyyat nəticəsində terrorçulara məxsus silah-sursat da ələ keçirilib.