XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2019 - 20:43

Yens Stoltenberq Türkiyəyə gedəcək –NATO-dan açıqlama

Oktyabrın 11-də NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.

Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yens Stoltenberq oktyabrın 9-da İtaliyaya səfəri çərçivəsində ölkənin baş naziri Cüzeppe Konte və xarici işlər naziri Luici Di Maio ilə görüşəcək. Səhəri gün isə baş katib Yunanıstanda prezident Prokopis Pavlopulos və baş nazir Kiriakos Mitsotakislə görüşlər keçirəcək. Oktyabrın 11-də isə baş katibin Türkiyədə yüksək səviyyəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub/Report.