XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2019 - 21:07

“Danışıqlar masasına oturmazdan əvvəl Səudiyyə Ərəbistanı insanları öldürməyi dayandırmalıdır” –İran

İranın xarici işlər naziri çərşənbə günü ölkəsinin regiondakı problemlərlə bağlı Səudiyyə Ərəbistanı ilə danışıqlar masasına oturmağa hazır olduğuna işarə edib, lakin bundan əvvəl Ər-Riyadın “insanları öldürməyə” son qoymalı olmasını deyib.

“İranla danışıqlar masasına oturub regiondakı vəziyyəti müzakirə etmək istəyən Səudiyyə Ərəbistanı insanları öldürməyi dayandırsa, şübhəsiz ki, İslam Respublikası onun yanında olacaq,” deyə İRİB dövlət xəbər agentliyi Məhəmməd Cavad Zərifə istinadən bildirib.

Şiə müsəlman çoxluğa malik İranla sünni çoxluqlu Səudiyyə Ərəbistanı vətəndaş müharibəsinin alovlandığı Yəməndə qarşı tərəfləri dəstəkləyirlər.

Sentyabr ayında Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumları iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücuma görə məsuliyyəti İranın daşıdığını deyib.

Hücumun məsuliyyətini İranın dəstəklədiyi Yəmən husiləri öz üzərlərinə götürüblər. Tehran isə hücumlarla əlaqəsini inkar edərək, bunu “maksimum yalan” adlandırıb.

“Yəmən xalqı özünü müdafiə hüququndan istifadə edir. Hücumlar qarşılıqlıdır. Onlar dayandırılmalı və Yəmən böhranı siyasi yolla həll edilməlidir,” deyə İran prezidenti bildirib.

Regiondakı durum neft qiymətlərinin artmasına səbəb olub.

Səudiyyə Ərəbistanı BMT və beynəlxalq ekspertləri araşdırmalarda iştirak etməyə dəvət edib. (amerikaninsesi.org)