XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Oktyabr 2019 - 22:33

Peskov:“Türkiyə Suriyanın şimalındakı əməliyyatla bağlı Rusiyanı məlumatlandırmayıb"

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov ABŞ-ın Suriyanın şimal bölgəsindəki hərbi qüvvələrini çıxarmaq qərarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, keçirdiyi brifinqdə Peskovdan ABŞ-ın Suriyanın şimal-şərq bölgəsindəki hərbi qüvvələrini geri çəkməzdən əvvəl Rusiyaya məlumat verib-vermədiyi soruşulub.

Kremlin sözçüsü bu haqda ABŞ və ya Türkiyə tərəfindən rəsmi Moskvanın məlumatlandırılmadığını söyləyib.

Peskov Rusiya Prezidenti Vladimir Putinin Suriyada baş verən son gəlişmələr barədə türk həmkarı Rəcəb Tayyib Ərdoğan və ABŞ başçısı Donald Trampla əlaqə saxlamadığını da sözlərinə əlavə edib.